8 Sentyabr 2017 09:32
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda kütləvi zəhərlənmə olub.

Teleqraf.com xəbər verir ki, dünün axşam saatlarında Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 51 nəfər zəhərlənərək rayon Mərkəzi xəstəxanasına müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlər rayon infeksion xəstəxanasına yerləşdirilib, hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Toy mərasiminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qida məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

Zəhərlənənlərdən bəzilərinin adları məlum olub. Onlar:

1983-cü il təvəllüdlü Vasif Həsənov
1984-cü il təvəllüdlü Taleh Həsənov
1983-cü il təvəllüdlü Günay Hüseynova
1958-ci il təvəllüdlü Şahin Məmmədov
1984-cü il təvəllüdlü Zöhrab Məmmədov
2008-ci il təvəllüdlü Adilə Hüseynova
1984-cü il təvəllüdlü Elmir Məmmədov
1990-cı il təvəllüdlü Akif Bağırov
2001-ci il təvəllüdlü Gülnar Hüseynova
1959-ci il təvəllüdlü Elmira Qasımov
1989-cu il təvəllüdlü Gültəkin Məmmədova
1967-ci il təvəllüdlü Növrəstə Məmmədova
1980-ci il təvəllüdlü Məhbubə Aslanova
1990-ci il təvəllüdlü Samirə /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər