Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı güllələnib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə onun müvəqqəti yaşadığı evin qarşısında baş verib. Şahidlərinin sözlərinə görə, onlar 5 atəş səsi eşidiblər.
Cinayəti törətməkdə şübhəli bilinin 47 yaşlı şəhər sakini saxlanılıb. Ondan "Sayqa" karabini götürülüb.
Hadisənin təfərrüatları araşdırılır.