Tailandda gün ərzində 3 terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, partlayışlar ölkənin cənubundakı Yalla əyalətində olub. Nəticədə azı 1 hərbçi ölüb, azı 35 nəfər yaralanıb.
Qeyd edək ki, Tailandda 13 ilə yaxındır ki, silahlılarla hökumət qüvvələri arasında qarşıdurma davam edir. Bu günə qədər vətəndaş müharibəsi 6 minə yaxın insanın həyatına son qoyub.
Malayziya ilə sərhəddə yerləşən Narativat, Yalla və Pattani əyalətlərində 2004-cü ildən bəri müsəlman separatçı qrupları fəaliyyət göstərir. Onlar region üçün muxtariyyət tələb edirlər. Ölkə əhalisinin əksəriyyətini isə buddistlər təşkil edir.