Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus lüks avtomobillərdən biri müsadirə edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Telman İsmayılovun Türkiyədəki turizm şirkətlərindən birinə olan külli miqdarda borcu göstərilib.
"ANS Tur" adlı turizm şirkəti İsmayılovun “Mardan Palace” hotelinin onlara 465 min lirə (230 min AZN) borcu var.
Müsadirə olunan avtomobilin dəyəri 2 milyon lirədir (təxminən 583 min dollar).