15:15
Almaniyanın Ankaradakı səfiri Martin Erdman Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Şpigel Onlyan” xəbər saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, səfir son 1 həftədə ikinci dəfə Türkiyə XİN-ə dəvət edilib.
***
Almaniyanın Ankaradakı səfiri Martin Erdmanın Türkiyə XİN-ə çağırılma səbəbləri açıqlanıb.
Məlumatlara görə, ötən il Almaniya parlamentində 1915-ci il hadisələri ilə bağlı aparılan müzakirələr Ankara tərəfindən narazılıqla qarşılanmışdı. Bu il analoji olayın təkrar olunmaması üçün Erdmanı XİN-ə dəvət edib.
Bundan əvvəl isə sentyabrın 16-da Erdman Köln şəhərində PKK terror təşkilatına verilən dəstəyə görə Türkiyə XİN-ə çağırılmışdı.