24 Sentyabr 2017 13:13
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar. Ölənlər arasında uşaqlar da var.

Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev söyləyib.

M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər