12 Oktyabr 2017 02:15
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com “ARB TV”yə istinadən xəbər verir ki, Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində işləyən işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb.

Bu zaman Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com