Milli Məclisin keçmiş deputatı, Aydınlar Partiyasının Ali Məclis sədri Nizami Quliyev qəfildən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib. N.Quliyev həm 1995-ci, həm də 2000-ci ildə AXCP-nin majoritar namizədi kimi Gədəbəy seçki dairəsinidən deputat seçilib. Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib. Son illərdə aktiv siyasi fəaliyyəti nəzərə çarpmırdı.
N.Quliyev Gədəbəyin - Şınıx bölgəsinin müdafiəsində fəal iştirak edib, erməni təcavüzkarlarına qarşı döyüşüb.