Türkiyənin "Fox TV" telekanalının aparıcısı İsmail Küçükkaya həbs oluna bilər.
Teleqraf.com xəbər verir ki, ölkənin Ailə və sosial siyasət naziri Betül Sayan Kaya və həyat yoldaşına böhtan atmaqda ittiham olunan aparıcıya 5 il həbs cəzası istənilib.
İttiham üzrə Bakırköy Prokurorluğunun araşdırması yekunlaşıb. Prokuror Küçükkaya və onun vəkili Fidel Okanın cəzalandırılması istəyilə məhkəməyə müraciət edib.