3 Noyabr 2017 02:42
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.

“Mersedes” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com