30 İyul 2014 15:38
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Məmmədli partiyadan istefa etdi

Ümid Partiyasının sədr aparatının rəhbəri Nəsimi Məmmədli istefa verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hələ 3 ay əvvəl N.Məmmədli partiyadan uzaqlaşıb. Ona yaxın mənbələrdən bildirilir ki, o tamamilə partiyanı tərk etməklə bərabər, həm də qeyri-hökumət təşkilatı yaradaraq bütünlüklə fəaliyyətini bu istiqamətə yönəldib.

Ümid Partiyası N.Məmmədlinin istefanı inkar edir və ərizə ilə müraciət etmədiyini bildirir. Lakin partiyanın nizamnaməsinə görə, 3 ay ərzində üzvülük haqqı verməyənlər partiya sıralarından uzaqlaşdırılır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər