4 Noyabr 2017 21:37
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisi olan Qarabağda yerləşdirdiyi hərbi hissəsində baş verən partlayışla bağlı rəsmi açıqlama yayılıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 12:10-da Dağlıq Qarabağda şimal şərq istiqamətində yerləşən hərbi hissədə tank əleyhinə bomba partladığı bildirilib. Nəticədə Qrant Manqasaryan (1997) ölüb. Əsgər Gevork Xyusnuns və Sergey Alumyan qəlbə yaraları alıb.

Digər itkilərlə bağlı hələlik məlumat verilmir.

Qeyd edək ki, bundan öncə erməni mediası Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda yerləşdirilən hərbi hissənin silah anbarının partladığını, nəticədə 12 nəfərin öldüyünü, çoxsaylı yaralılar olduğunu bildirmişdi.


Müəllif: Teleqraf.com