Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatları çərçivəsində həbslər davam edir.
Teleqraf.com xəbər verir ki, bu gün Ər-Riyadda həm Efiopiya, həm də Səudiyyə Ərəbistanı vətəndaşı olan milyarder Məhəmməd Alamoudi polis nəzarətinə götürülüb.
Dünyanın ən zəngin ərəblərindən olan M.Alamoudi Efiopiyaya 4 milyard dollarlıq investisiya yatırıb. 71 yaşlı milyarderin həbsi Efiopiada böyük narazılıqla qarşılanıb.
Səudiyyə Ərəbistanında noyabrın 4-də 11 şahzadə, 4 nazir və Hərbi Dəniz Qüvvələrinin rəisi, admiral Abdullah bin Sultan bin Məhəmməd və milyarder Valid bin Talal da olmaqla 50-yə yaxın şəxs nəzarətə götürülüb.