Dünyaca məşhur müğənni Niki Minajın 38 yaşlı qardaşı Celan Minaj həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona qarşı 11 yaşlı qıza cinsi təcavüz maddəsi ilə ittiham irəli sürülüb.
Minajın vəkili ittihamları rədd edib və bildirib ki, bütün bu yalanları azyaşlının anası uydurub:
“O, Niki Minajdan buna görə 25 miylon dollar təzminat istəyib”.
Məhkəmədə ifadə verən azyaşlı təcavüzün 3 il davam etdiyini deyib. Qeyd edib ki, bəzən həftədə 4 dəfə, bəzən gündə 2 dəfə Celanla intim əlaqədə olub.
Niki Minaj özü hələlik heç bir açıqlama verməyib.