Səudiyyə Ərəbistanda aparılan antikorrupsiya araşdırmaları zamanı həbs edilənlər arasında bu ölkənin Vaşinqtondakı səfiri Bəndər ibn Sultan da var.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Middle East” nəşri məlumat yayıb.
Məlumatlarda Bəndər ibn Sultanın nə vaxt Səudiyyəyə qayıtdığı açıqlanmır.
Qeyd edək ki, eyni ittihamla aralarında 11 şahzadə və 4 nazirin də olduğu 38 nəfər saxlanılıb.