Həkimlər onlardan yardım istəyən xəstəni döyüblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Perm bölgəsindəki xəstəxanalardan birində baş verib.
Video xəstənin yaxınları tərəfindən lentə alınıb.
Görüntülərdə gənc oğlanın xərəkdə uzandığı, həkimin isə təkidlə ondan lazımı sənədləri imzalamağı tələb etdiyi görünür. Gənc oğlan həkimdən ona yardım etməsini istəyib.
Bu zaman həkimlər oğlanı döyüb və təhqir ediblər.
Həmin görüntüləri təqdim edirik: