18 Noyabr 2017 23:15
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb.

Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib. Yolun ensiz və yağışlar səbəbindən sürüşkən olması sürücülər üçün təhlükə yaradır. Əlverişsiz hava şəraiti səbəbindən ərazidə təmizlik işləri müvəqqəti dayandırılıb. /apa/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər