Türkiyənin Muğla bölgəsində zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeraltı təkanlar Rixter şkalası üzrə 5 bal gücündə olub.
Məlumatlara görə, zəlzələnin episentri Ula rayonunda yerin 5 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.