28 Noyabr 2017 16:44
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının əvvəlki kralı Abdulla bin Əbdüləzizin oğlu, ölkənin sabiq xarici işlər nazirinin müavimi Əbdüləziz bin Əbdüləziz Fransaya qaçıb, Parisdə siyasi sığınacaq əldə edib.

Teleqraf.com xəbər verir ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkədə şahzadə və iş adamlarını həbs etməsi ərəfəsində Əbdüləziz bin Əbdüləziz Fransaya müalicəyə getmək qərarı verib və vəliəhd şahzadədən bunun üçün icazə alıb.

Fransaya gedib çıxan keçmiş kralın oğlu bu ölkədən siyasi sığınacaq istəyib.

Qeyd edilir ki, Səudiyyə Ərəbistanının sabiq xarici işlər naziri Suud əl Faysalın vəfatından sonra nazir vəzifəsinə irəli çəkiləcəyini gözləyən Əbdüləziz bin Əbdüləziz az sonra bilib ki, Adil əl Cübeyr nazir postuna təyin edilib. Bundan sonra duruma etiraz edən Əbdüləziz nazir müavini postundan istefa verib.

Atasının kral olduğu dövrdə xarici işlər nazirinin köməkçisi olan şahzadə Əbdüləziz 2011-ci ildən Səudiyyə Ərəbistanının xarici siyasətində önəmli rol oynayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər