Ukraynada oğlu ilə bağlı hökmdən narazı qalan ata məhkəmə salonunda gözlənilməz addım atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Ukraynanın Dnepr bölgəsinin Nikolov rayon məhkəməsində baş verib.
Yaşlı kişi cibindəki iki əl qumbarasını işə salıb. Partlayış zamanı ata və məhkəmə iştirakçısı ölüb, 7 nəfər isə yaralanıb.