Tovuz rayonunda intihara cəhd olub.
Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1993 -cü il təvəllüdlü Səfərova Mələk Əli qızı evlərində metafos və ağcaqanaq dərmanı içib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyəti ağırdır.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. /trend/