1 Dekabr 2017 13:45
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:30

İranda 10 dəqiqə ara ilə ardıcıl iki zəlzələ olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında baş verən zəlzələlərin episentri Kerman şəhərindən 65 km şimal-şərqdə, yerin 13 kilometr dərinliyində olub.

Yeraltı təkanlar Rixter şkalası ilə 6,1 və 4 bal gücündə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 13-də İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 500-dən çox insan həlak olub, 12 mindən çoxu isə xəsarət alıb.

***

11:16

Gecə saatlarında İranda baş verən zəlzələ nəticəsində Kuhək kəndində 122 ev tamamilə dağılıb.

Bununla bağlı İran mediası məlumat yayıb.

Yeraltı təkanların davam etdiyi fəlakət bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir.

Bu arada, zəlzələ Pakistan və Əfqanıstanda da 5 bal gücündə hiss edilib.

***

Gecə saatlarında İranda baş verən 6,1 bal gücündə zəlzələ zamanı 51 nəfər xəsarət alıb.

Bununla bağlı "Mehr" agentliyi məlumat yayıb. Bildirilib ki, son bir neçə saat ərzində Kerman şəhərində 3-4 bal gücündə 40 yeraltı təkan qeydə alınıb.


Müəllif: Samir

Oxşar xəbərlər