5 Dekabr 2017 08:28
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Ərzincandakı hərbi hissələrindən birində baş verən hadisənin səbəbkarı olan şəxs həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis bölməsində T.H. ifadə verib.

O bildirib ki, bu hadisəni nişanlısından ayrıldığı üçün törədib:

“Bu səbəbdən psixoloji vəziyyətim normal deyildi. Həm də bir az spirtli içki qəbul etmişdim. Etdiyimdən çox peşmanam”.

Qeyd edək ki, Tvitterdə paylaşılan görüntülərdə hərbi hissənin giriş qapısında mülki geyimli şəxsin pişiyə etdiyi vəhşilik əks olunub.


Müəllif: Samir