5 Dekabr 2017 22:22
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb.

Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​


Müəllif: Teleqraf.com