Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələ Rixter şkalası üzrə 4,9 bal gücündə olub.
Yeraltı təkanların episentri Kondik yaşayış məntəqəsində, yerin 7 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.