10 Dekabr 2017 22:57
453

Paytaxtda ticarət mərkəzində lift təmiri zamanı 28 yaşlı işçi ölüb.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalıb.

28 yaşlı gənc yerindəcə keçinib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: