16 Dekabr 2017 12:49
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.


Müəllif: İlhamə Əbülfət