2 Avqust 2014 13:23
1 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “Ermənistan bilməlidir ki, Azərbaycanın hər bir şəhidinin müqabilində on erməni əsgəri gəbərəcək”

Son iki gündə cəbhə xəttinin Ağdam-Ağdərə və Tərtər-Qazax istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutmasına, ordumuzun mövqelərinə basqın etməsinə və bir neçə əsgərimizin ağır döyüşlər səbəbindən şəhid olmasına Azərbaycan Milli İstiqlal Partiyası da (AMİP) münasibət bildirib.

AMİP sədri Yusif Bağırzadə teleqraf.com-a bildirib ki, cəbhədə baş verənlər, Ermənistan Silahlı Qüvvələrinin təxribat əməliyyatları göstərir ki, Azərbaycan sülh istiqamətində danışıqlar aparsa da, müharibəyə hər an hazır olmalıdır. Onun sözlərinə görə, Azərbaycan bu müharibəni göz önündə saxlamalıdır: “Bu hadisə göstərir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti və vasitəçiliyi sıfıra bərabərdir. Atəşkəsin və status-kvonun bu şəkildə saxlanılmasının artıq perspektivi yoxdur”.

AMİP sədri deyib ki, Ermənistan bir dövlət olaraq böyük qüvvələrin əlində oyuncaqdır: “Rusiyanın əlində olan bu alət Azərbaycana qarşı daima istifadə olunacaq. Ancaq bu qüvvələr bilməlidir ki, Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordumuzda kifayət qədər islahatlar aparılır. Mən şəhid olan əsgərlərimizə görə, xalqıma başsağlığı verirəm. Hesab edirəm ki, bunu matəm kimi qəbul etməməliyik. Qisas almaq lazımdır. Hə bir şəhidimizə görə, on erməni qanı tökməliyik. Ermənistan say baxımından bizdən azdırlar. Odur ki, onlar bu qisası hər zaman yadında saxlamalıdırlar. Ermənistan bilməlidir ki, Azərbaycanın hər bir şəhidinin müqabilində on erməni əsgəri gəbərəcək”.

Yusif Bağırzadə əlavə edib ki, cəbhədə baş verənlərin əsas səbəbi Azərbaycanın müstəqil siyasət aparması ilə bağlıdır: “Azərbaycan Avrasiya İttifaqına qoşulmadı. Avropa İttifaqı hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu çərçivədə də Rusiyanın ümid etdiyi Cənub Axını qaz kəməri tədricən şübhə altına düşür. Əvəzində isə Azərbaycandan Avropaya nəql ediləcək layihə aktuallıq kəsb edir. Ermənistan isə Rusiyanın forpostu olmaqla yanaşı Təhlükəsizlik Kollektivi Təşkilatının üzvüdür. Bu qurumda atılan hər bir gülllənin hesabatı aparılır. Çünki bu silahlar Ermənistana təmannasız verilir. Biz baş verənləri təxribat hesab edirik. Eyni zamanda vurğulayırıq ki, matəm deyil, qisas vaxtıdır”.

AMİP sədri daha sonra söyləyib ki, belə situasiyalarda siyasi partiyalar sabitliyi qoruyub saxlamalıdır: “Azərbaycan müxalifəti daxili stabilliyi qorumaq üçün hər bir addım atmalı, hökumətlə dialoqa getməli və səfərbər olmalıdır”.

Sonda müsahibimiz qeyd edib ki, cəbhədə baş verənlər bir daha göstərir ki, Azərbaycan Avropaya inteqrasiya olunmalı, Avroatlantik məkanla əlaqələrini gücləndirməlidir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər