26 Dekabr 2017 15:21
2 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:30

Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.

2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun bacısı, 2015-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır./Report/

***

11:56

İtkin bacılar axırıncı dəfə sinif yoldaşıgildə olub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Şəmkir rayon Polis İdarəsindən itkin düşən bacılar - 2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və 2015-ci il təvəllüdlü Aişə Məmmədova barədə danışarkən bildiriblər.

Bacıların valideynləri polisə övladlarının dünən axşam saat 6-7-yə kimi sinif yoldaşlarıgildə olduqlarını bildirib:

“Artıq gec olduğuna görə sinif yoldaşının anası uşaqlara deyib ki, valideynləri onları axtarar, evə getsinlər. Ordan çıxandan sonra məlumat yoxdur. Şəhər kameralarına da baxış keçirəcəyik. Axtarış aparılır”.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Mahirə Xəqani qızı Məmmədova və onun bacısı, 2015-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və geri qayıtmayıb.

***

Şəmkir rayonunda itkin düşən iki azyaşlı tapılıb.

Bununla bağlı Teleqraf.com-a Şəmkir rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlılar qohumlarının evində gecələyib: "Qohumlarının evindən tapılıblar. İndi evdədirlər".


Müəllif: Şəfiqə Nazimqızı