10:14
Panamaya neft daşıyan “Sanchi” adlı tanker Çinin şərq sahillərində Honkonqa aid “CF CRYSTAL” adlı quru yük daşıyan gəmi ilə toqquşub.
Teleqraf.com xəbər verir ki, nəticədə tankerin bütün heyəti ilə əlaqə kəsilib və 32 nəfər itkin düşüb.
Tanker İranın “BRIGHT SHIPPING LIMITED” kompaniyasına məxsus olub. Onun göyərtəsində olan və itkin düşən 32 nəfərin 30-u İran, 2-i Banqladeş vətəndaşıdır.
Honkonq gəmisindəki 21 nəfər isə sağ-salamatdır. Hadisə yerində Çin xilasediciləri çalışır.
***
İran tankerinin Çin gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş hesab edilən 32 nəfərin hamısı həlak olub.
Bu barədə İranın İRNA informasiya agentliyi məlumat yayıb.
İranın Neft Sənayesi Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Kəsra Nuri agentliyə bildirib ki, Cənubi Koreyanın “Hanwha TOTAL Co” kompaniyası tərəfindən icarəyə götürülmüş tanker İran Milli Neft Kompaniyasına məxsus kondensat daşıyırmış. Tanker Çin gəmisi ilə toqquşduqdan sonra yanmağa başlayıb.