12 Yanvar 2018 13:23
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Xırdalanda yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yanğın 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verib.

Mənzillərdən birində baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

***

Xırdalanda yataqxanada baş verən yanğın yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan və ya zəhərlənən olmayıb.

***

11:53

Xırdalanda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub.


Müəllif: İlhamə Əbülfət