Rusiyanın Ankaradakı səfirliyinin əməkdaşı itkin düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı səfirlik türk polisinə məlumat verib.
Bildirilib ki, dünən axşam saatlarında rus diplomat Aleks Anelkovdan xəbər alınmır.
Gecə saatlarında onun avtomobili aşkar edilib. Bir müddət sonra diplomatın özü də tapılıb.
Məlumatlara görə, səfirin avtomobili palçıqda batıb. Bu zaman Aleks kömək istəmək qərarına gəlib. Ancaq telefonunun enerjisinin bitdiyini görüb və çarəsiz halda tapılmasını gözləyib.