11:01
Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.
Mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.
Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı./Report/
***
Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti polis idarəsi açıqlama yayıb.
İnformasiyaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan trasının 1378-ci kilomertliyində olub.
Məlumatda bildirilib ki, 30 yaşlı adı açıqlamayan şəxsin idarə etdiyi “Volksvagen Passat” markalı avtomobil Maqistral küçəsində məşqdən evə dönən 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadını (rəsmi məlumatda ad açıqlanmayıb) vuraraq, öldürüb. İnformasiyaya əsasən, hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şossenin həmin hissəsindən piyadanın keçməsində qayda pozuntusu yoxdur. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adllanır.
Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.
Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.