09:16
Yapon dənizində Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi yoxa çıxıb.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə zamanı gəmidə 21 nəfər olub. Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.
Olaydan dərhal sonra axtarış-xilasetmə işlərinə başlanıb. Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.
Məlumatlara görə, hazırda bölgədə temperatur mənfi 16 dərəcəyə yaxındır.
Artıq itkin düşənlərin adları da məlum olub:
Matroslar:
***
10:09
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus hərbi təyyarə Yapon dənizində itkin düşmüş “Vostok” gəmisinin axtarışlarına cəlb edilib.
Bununla bağlı Rusiya FHN məlumat yayıb. “B-200” təyyarəsi bu məqsədlə səhər saatlarından havaya qalxıb.
Məlumatlara görə, gəmi Bakı vaxtı ilə 01:20-də hərəkətə başlayıb və təxminən sahildən 200 kilometr uzaqlaşdıqdan sonra ekipaj üzvü ilə əlaqə kəsilib:
“Gəminin itkin düşdüyü ərazi gəmilərin hərəkətinin sıx olduğu zonadadır. Bu səbəbdən gəminin tezliklə tapılacağına ümid böyükdür”.
***
İtkin düşən azərbaycanlıların adları açıqlanıb.
Məlumatlara görə, onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.
Bundan başqa, gəminin itkin düşməsi ilə əlaqədar Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb.
***
Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisindəki azərbaycanlıların hər ikisi Rusiya vətəndaşıdır.
Bu barədə Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov APA-ya bildirib. Onun sözlərinə görə, Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.