31 Yanvar 2018 08:46
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Teleqraf.com- a açıqlamasında deyib.

Onun sözlərinə görə, "Bakmil"dən "Nəriman Nərimanov" istiqamətinə hərəkət edən qatar yenidən depoya geri qaytarılıb. Nasazlıq yaranan qatarın əvəzinə xəttə yeni qatar buraxılıldığına görə, qatarlararası interval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq. Sıxlıq isə artıq aradan qalxıb”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər