1 Fevral 2018 08:16
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən iri sosial şəbəkəsi olan "Feysbuk" bütün kriptovalyuta reklamları, tokenlərin ilkin yerləşdirilməsi (ICO) və binar opsiyonların reklamına qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə şəbəkənin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda bildirilib ki, insanların tez-tez yanılmasına səbəb olan və yalan metodlarla reklam edilən maliyyə məhsulları və xidmətlərinin reklamının yayımlanmasına icazə verilməyəcək. "Feysbuk"un yeni qaydalarını pozan elanlar nəinki əsas proqramdan, hətta şirkətin reklam imkanı təklif edən "İnstagram" və "Audience Netvork" kimi əlavə proqramlardan da silinəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər