10:26
Qara dənizin Krım sahilləri yaxınlığında Moldovaya məxsus gəmi qəzaya uğrayıb.
Teleqraf.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı gəmidə 12 ekipaj üzvü olub.
Ukrayna və Azərbaycan vətəndaşlarından ibarət ekipaj üzvləri dərhal gəmidən evakuasiya edilib.
Qəza zamanı gəmiyə ciddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, yanvarın 25-də Yapon dənizində göyərtəsində 21 heyət üzvünün olduğu “Vostok” gəmisi xəbərdarlıq siqnalı verdikdən sonra yoxa çıxıb. Heyət üzvləri arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları Mübariz Hüseynov və Ruslan Əlizadə də olub.
***
Krım sahillərində Moldova bayrağı altında üzən və türk şirkətinə məxsus gəmidə yaranmış nasazlıq aradan qaldırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Krım üzrə nümayəndəsi məlumat verib.
Bildirilir ki, “Berq” gəmisinin korpus hissəsində açılmış yarıq qısa zamanda qapadılıb:
“Gəmidə olan Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 nəfərlik ekipaj Feodosiya şəhərinə aparılıb. Xəsarət alan yoxdur. Təmir işləri tam başa çatdıqdan sonra gəmi yoluna davam edəcək”.