Türkiyəli heykəltəraş Raqib Çiçen müxalifət lideri Kamal Kılıçdaroğlu tərəfindən aldadıldığını iddia edərək Cümhuriyyət Xalq Partiyasının (CXP) qərargahı önündə özünü yandırmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, Kılıçdaroğlunun üzündən 250 nəfərin çalışdığı atelyesinin müflis olduğunu, bütün əmlakını itirdiyini deyən heykəltəraş avtomobili ilə CXP-nin qərargahı önünə gələrək əlindəki benzini üzərinə tökərək intihara cəhd edib.
Polis cəld tərpənərək cəhdin qarşısını alıb. Heykəltəraş polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.