08:47
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
Fevralın 5-də Nəsimi rayonu ərazisində ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə saat 8:36 radələrində daxil olub.
Dərhal hadisə yerinə ərazi üzrə Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Bakı qarnizonunun digər hissələri cəlb olunub.
Yanğının mürəkkəbliyi nəzərə alınaraq əlavə texnikalar da hadisə yerinə cəlb edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov bildirib ki, ümumilikdə yanğının söndürülməsinə 6 yanğın texnikası və 40 nəfərdən çox şəxsi heyət cəlb olunub. Yanğının söndürülməsi bir saatdan çox davam edib. Binanın konstruktiv elementlərinin taxtadan olması alovun söndürülməsində yanğınsöndürənlərin işinə müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq qısa müddət ərzində yanğının qarşısı alınıb: “Yanan sahə təxminən 150 kvadratmetr təşkil edir. Binanın ümumi sahəsi isə 500 kvadratmetrə yaxındır. Bizə verilən məlumata görə, bina Pravoslav Kilsəsinə məxsus ikimərtəbəli xidməti tikilidir. Yəni, bina yaşayış üçün yox, xidməti heyət üçün nəzərdə tutulub”.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Həmin görüntüləri təqdim edirik: