Rusiyanın Krasnodar vilayətində avto yuyucu salonunda işləyən şəxs pişikdən süngər əvəzi istifadə edib.
Teleqraf.com xəbər verir ki, soyuq havada pişiyi suya salıb maşın yuyan şəxsin hərəkətləri sosial şəbəkədə ciddi etiraz doğurub.
İlkin ehtimala görə, pişik maşının üstünə çıxdığı üçün sahibi ondan belə «intiqam» alıb.
Hüquq mühafizə orqanları faktla bağlı istintaqa başlayıblar. Artıq sürücünün şəxsiyyəti müəyyən olunub.
Qeyd edək ki, Rusiya qanunvericiliyində heyvanlarla qəddar davranışlara görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Teleqraf.com görüntüləri təqdim edir.