Liviyanın Benqazi şəhərində məscid partladılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı çox sayda insanın öldüyü bildirilib.
Hücumun terrorçu kamikadze tərəfindən törədildiyi açıqlanıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.