Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Varşavadan Ukraynaya qayıdarkən “Borispol” hava limanında saxlanılıb.
Ona qarşı korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb.
Bəzi media orqanları onun Odessanın sabiq qubernatoru Mixail Saakaşviliyə görə həbs edildiyi ilə bağlı iddialar yayımlayıb.