Meksikanın Playa-del-Karmen şəhəri sahillərində turistləri daşıyan bərədə partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Rusiyanın Kintana-Roo ştatında fəxri konsulu Armina Volperta bildirib.
O, qeyd edib ki, partlayış nəticəsində 13 nəfər yaralanıb: "Bərə Kosumel və Playa adası arasında hərəkət edir. Yaralananların 3-ü ABŞ vətəndaşıdır".
Onun sözlərinə görə, partlayışın səbəbi hələlik bilinmir.