İranda hakimiyyətə qarşı pərakəndə dinc etirazlar davam edir.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Bəndər Abbas şəhərində küçədən keçən etirazçı qadın bütün təhlükələrə baxmayaraq ali dini lider Əli Xameneyinin ədliyyə qurumunun binası qarşısından asılan portretini nümayişkəranə şəkildə cırıb.
Adı və kimliyi bəlli olmayan həmin qadın daha sonra yoluna davam edib. Etirazçı qadının sonradan tutulub-tutulmaması haqda hər hansı məlumat yayılmayıb.
Xatırladaq ki, iki ay əvvəl İranın 101 şəhərində kütləvi xalq etirazları keçirilib. Etirazlarda ölkə rəhbərliyinə ölüm şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Nəticədə azı 25 nəfər həlak olub, onlarla aksiyaçı yaralanıb, 5 minə yaxın insan həbs edilib. Pərakəndə etirazlar səngimək bilmir.