27 Fevral 2018 10:25
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Baş prokuroru Yuri Lutsenko evi qarşısında etiraz aksiyası keçirən insanlara balta ilə hücum edib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı aksiya iştirakçıları məlumat verib.

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynandan Polşaya deportasiya edilməsinə etiraz edən şəxslərin sözlərinə görə, Lutsenko onların çadırını elektrik enerjisi ilə təmin edən generatora zərər yetirib və plakatları dağıdıb.

Onlar prokurorun hadisə zamanı sərxoş olduğunu və xoşbəxtlikdən heç kimin xəsarət almadığını bildiriblər.


Müəllif: Samir

Oxşar xəbərlər