2 Mart 2018 17:42
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:01

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

Jurnalist, "Femida 007" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib./Trend/

***

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər