İstanbul polisi 29 rayonda anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı 121 nəfər saxlanılıb. Onlardan 33-ü barəsində həbs qəti-imkan tədbiri seçilib.
Saxlanılanlar arasında Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin qardaşı qızı Fatmanur Gülən və Adil Öksüzün baldızı Belkıs Nur Tətik də var.