ABŞ-ın San Antonio şəhərində karqo xidməti göstərən şirkətə məxsus paylanma mərkəzində bomba qoyulmuş paketin partlaması nəticəsində 1 nəfər yaralanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, polis San Antonio şəhərindəki partlayışın bundan əvvəl Austində 4 dəfə baş verən bombalı hücumla əlaqəli olduğunu ehtimal edir. Partlayış nəticəsində karqo şirkətində çalışan bir şəxsin yüngül bədən xəsarəti aldığı bildirilir.
Qeyd edək ki, son 3 həftə ərzində Austin şəhərində 4 dəfə ayrı-ayrılıqda partlayış olub, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücumlar zamanı Afrika kökənli ABŞ vətəndaşların hədəf alındığı və irqçi niyyət daşıdığı bildirilir.
Rəsmilər bombalı hücum barədə məlumat verənlərə 115 min dollar mükafat veriləcəyini elan edib.