Meksikada sosial xarakterli tədbirə dəvət edilən insanlar silahlı hücuma məruz qalıb.
Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, hadisə ölkənin cnubundakı Quanajuato əyalətinin Purisima del Rincon şəhərində baş verib.
Hadisə nəticəsində iştirakçılardan 8 nəfər ölüb, 11-i yaralanıb.
Xəstəxanadan verilən açıqlamaya görə, bir neçə yaralının vəziyyəti ağırdır.
Hücumun kimlər tərəfindən və hansı məqsədlə təşkil edildiyi açıqlanmır. Silahlılar hadisə yerindən uzaqlaşa biliblər.