Türkiyənin Bolu vilayətində yol polisi qonşusu olan 6 aylıq hamilə qadın və ərini silahla hədələyərək döyüb.
Teleqraf.com "CNNturk"ə istinadən xəbər verir ki, 39 yaşlı Nevriyə Aslım və onun həyat yoldaşı Halit Aybatam ilə polis işləyən qonşuları C.A arasında dava düşüb.
Dava əsnasında polis öncə havaya atəş açıb, daha sonra ər və arvadı döyüb.
Hadisədən sonra hamilə qadın xəstəxanaya yerləşdirilib.
Fakt üzrə cinayət işi açılıb.